MN-in Hərbi Polis idarəsinin həbsdə olan sabiq maliyyə rəisi 1,9 mln. manatlıq mənimsəmədə ittiham olunur, məhkəmə başlayır

MN-in Hərbi Polis idarəsinin həbsdə olan sabiq maliyyə rəisi 1,9 mln. manatlıq mənimsəmədə ittiham olunur, məhkəmə başlayır
# 26 fevral 2024 18:15 (UTC +04:00)

Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, cinayət baş verən dövrdə Müdafiə Nazirliyinin Hərbi Polis idarəsinin və neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub.

Yoxlamalar zamanı onun 1 900000 manat mənimsədiyi məlum olub.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. S.Hacıyev qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR