Naxçıvan-Ordubad magistralında qəza baş verib, 3 nəfər xəsarət alıb

Naxçıvan-Ordubad magistralında qəza baş verib, 3 nəfər xəsarət alıb
# 12 aprel 2024 21:45 (UTC +04:00)

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə magistralın Culfa rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR