Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin general rütbəsindən məhrum edilməsi ilə bağlı təqdimat verilib

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin general rütbəsindən məhrum edilməsi ilə bağlı təqdimat verilib
# 03 aprel 2024 17:22 (UTC +04:00)

Məhkəmə Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənovun general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı təqdimat verib.

APA xəbər verir ki, bu barədə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmənin hökmündə qeyd edilib.

Hökmdə deyilir ki, təqsirləndirilən şəxsin “ədliyyə general-mayoru” rütbəsindən və “Vətən uğrunda medalından” mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndəriləcək.

Qeyd edək ki, Tofiq Həsənov məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində başlanılmış cinayət işi üzrə keçmiş Xidmət rəisi Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR