Naxçıvanda evdən 22 min dollar oğurlanıb - FOTO

Naxçıvanda evdən 22 min dollar oğurlanıb - FOTO
# 12 may 2025 10:32 (UTC +04:00)

Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR