Naxçıvanda iki minik maşını toqquşub, xəsarət alan var - FOTO

Naxçıvanda iki minik maşını toqquşub, xəsarət alan var - FOTO
# 13 may 2025 22:31 (UTC +04:00)

Naxçıvan şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosunun məlumatına görə, qəza Heydər Əliyev prospekti ilə Atatürk küçəsinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı 75-BN-886 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə 67-BL-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Qəza zamanı 1 nəfər xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR