Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb
# 11 avqust 2024 14:22 (UTC +04:00)

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 59 yaşlı kişi 4 gün sonra xəstəxanada ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə 4 gün öncə Naxçıvan şəhərində qeydə alınıb.

Qəza zamanı Naxçıvan şəhəri 9-cu məhəllə, döngə 2, ev 28 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Mahmudov Elçin Allahverdi oğlu xəsarət alıb.

E.Mahmudov hadisədən sonra baş-beyin əzilməsi, kəllə əsasının sınığı diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının yerləşdirilib. O, dünən gecə saatlarında həmin xəstəxanada vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR