NİİM: 8 Noyabr prospektində qəza zamanı işıqfor sıradan çıxıb - VİDEO

NİİM: 8 Noyabr prospektində qəza zamanı işıqfor sıradan çıxıb - VİDEO
# 04 dekabr 2023 11:17 (UTC +04:00)

Ötən gün axşam saatlarında 8 Noyabr prospektində (“Asiman” şadlıq sarayının qarşısı) yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində 1 ədəd svetofor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb. Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR