Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub

Oğuzda tövlə yanıb, 34 baş iribuynuzlu heyvan tələf olub
# 26 fevral 2024 08:06 (UTC +04:00)

Oğuzda tövlə yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Bayan kəndində, Yaşar Yusif oğlu Həsənova məxsus ümumi sahəsi 260 kvadratmetr olan mal tövləsində baş verib.

Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində mal tövləsinin yanar konstruksiyaları, çardağına yığılmış 400 ədədə yaxın quru ot bağlaması yanıb.

Yanğın zamanı tövlədə olan 35 baş iribuynuzlu heyvandan 34-ü yanaraq təlaf olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR