Oğuzda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

Oğuzda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb
# 08 oktyabr 2024 23:20 (UTC +04:00)

Təcili və Təxirəsalnmaz Tibbi Yardım Mərkəzinin əməkdaşı yol qəzasına düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mitsubishi" və "Fiat" markalı avtomobilləri toqquşub. Qəza zamanı "Fiat" markalı avtomobilin sürücüsü 1979-cu il təvəllüdlü Oğuz şəhər sakini Vüqar Hüseyn oğlu Hacıyev bədənin baş nahiyəsindən xəsarət alıb.

V. Hacıyev hadisə yerindən birbaşa Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. V. Hacıyevin vəziyyətinin orta-stabil olduğu bildirilir.

Qeyd edək ki, xəsarət alan V. Hacıyev Təcili və Təxirəsalnmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon şöbəsində feldşer vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR