Oğuz-Şəki-Qəbələ yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1964-cü il təvəllüdlü şəxsə sol incik sümüyünün 1/3 hissəsinin qəlpəli sınığı, 1987-ci il təvəllüdlü şəxsə sağ bud sümüyünün diafizinin sınığı, 1985-ci il təvəllüdlü şəxsə isə diz oynağının oynaq yarığının genişlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə ilkin zəruri tibbi xidmət göstərilib və Bakıdakı özəl tibb müəssisəsinə təxliyə olunublar.
Məryəm
***
20:20
Oğuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan sürücü 63 yaşlı Biləsuvar rayon sakini Məhəmməd Rəhmətov və iki nəfər də Səudiyyə Ərabistanı vətəndaşı 39 yaşlı Alamri Əhməd Hassan və 37 yaşlı Hakami Ali Qumayridir.
***
17:44
Oğuzda yol qəzası olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
Məhəmməd Rəhmətovun idarə etdiyi avtomobilin qarşısına iribuynuzlu heyvan çıxması səbəbindən qəza baş verib. Qəza zamanı sürücü M. Rəhmətov və avtomobildə olan, hələlik kimliyi məlum olmayan iki nəfər xarici vətəndaşın xəsarət aldığı bildirilir.
Hər üç şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.