Oğuzda yük maşını motosikletlə toqquşub, ölən var - FOTO

Oğuzda yük maşını motosikletlə toqquşub, ölən var - FOTO
# 13 may 2025 11:19 (UTC +04:00)

Oğuzda yük maşını motosikletlə toqquşub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunda, Bayan kəndi ərazisində qeydə alınıb.
"Ford" markalı yük avtomobili ilə motosiklet toqquşub. Motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Qarayev hadisə yerində ölüb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR