İyunun 13-də Ordubad rayonunun Unus kənd sakininin bıçaq zərbəsindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan APA-ya daxil olan məlumata görə araşdırmalar zamanı 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlunun qisas motivi ilə həmkəndlisi, 1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğluna bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bəxtiyar Rəsulov şübhəli şəxs qismində tutulub.
Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.