Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbə çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət daxil olub.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, müraciətlərdən altısı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər.
15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.