Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO

Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO
# 18 may 2024 14:13 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində həmin şəxs 1984-cü il təvəllüdlü paytaxt sakini Fərid Bayramov saxlanılaraq Polis Bölməsinə gətirilib. Ondan güclü təsir edən maddələr olan 64 ədəd “lirika”, 50 ədəd “ekstazi” həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan “banzay” aşkar olunub.

F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı 39-cu Polis Bölsində toplanan material Səbail Rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR