Qaradağda 57 yaşlı qadın qətlə yetirilib, oğlu təslim olub - YENİLƏNİB

Qaradağda 57 yaşlı qadın qətlə yetirilib, oğlu təslim olub - YENİLƏNİB
# 20 iyul 2024 10:14 (UTC +04:00)

Anasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Qaradağ rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

09.50

İyulun 20-də saat 08 radələrində paytaxtın Qaradağ rayonu Ümid qəsəbəsində 1967-ci il təvəllüdlü Şükürzadə Aybəniz Məhəmməd qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu - 1991-ci il təvəllüdlü Şükürzadə Kamran Etibar oğlu saxlanılıb. O, polisə könüllü gəlib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR