Qaradağda zavodda yanğın olub

Qaradağda zavodda yanğın olub
# 01 mart 2024 15:35 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan zavodun utilizasiya sahəsində 3 m³ neft tullantıları yanıb. Yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 m² sahədə deformasiyaya uğrayıb. Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR