Qubada küçəyə tullantı atanlar cərimələnib

Qubada küçəyə tullantı atanlar cərimələnib
# 05 dekabr 2023 11:17 (UTC +04:00)

Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıb.

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan ümumilikdə 11 nəfər şəxs müəyyən olunub.

Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR