Qubada polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib - FOTO

Qubada polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib - FOTO
# 21 aprel 2024 12:18 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirildiyinə görə, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.

Sürücülərin diqqətinə nasaz nəqliyyat vasitələrinin idarə edilməsinin təhlükəli olduğu çatdırılıb.

YPX əməkdaşları sürücülərlə bu istiqamətdə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə, sərnişindaşıma ilə məşğul olan sürücülər bu məsələdə daha diqqətli olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR