Qubadlıda 2 tona yaxın çətənə bitkisi məhv edilib

Qubadlıda 2 tona yaxın çətənə bitkisi məhv edilib
# 21 iyun 2024 08:13 (UTC +04:00)

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.

Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR