Qubadlıda sümük qalıqları aşkarlanıb

Qubadlıda sümük qalıqları aşkarlanıb
# 20 iyun 2025 10:31 (UTC +04:00)

Qubadlı rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən sümük qalıqları aşkar edilib.

APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, insan skeletinə oxşar sümük fraqmentlərinə rayonun Qundaqlı kəndi ərazisində rast gəlinib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR