Qusarda avtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

Qusarda avtobus dərəyə aşıb, 6 nəfər xəsarət alıb - YENİLƏNİB  - FOTO
# 11 dekabr 2023 17:04 (UTC +04:00)

Qusar rayonunun Avaran kəndi ərazisində avtobusun aşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA xəbər verir ki, xəsarət alanların rayon sakinləri - Liana Mikayılova, Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Oksana Beydiyeva, Aysel Cavadova olduğu bildirilir.

***

16.13

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, içərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəza güclü duman səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR