Restoranda Vətən müharibəsi iştirakçısının qətlinə görə tutulan şəxslərə cəza istənilib - FOTO

Restoranda Vətən müharibəsi iştirakçısının qətlinə görə tutulan şəxslərə cəza istənilib - FOTO
# 11 sentyabr 2024 11:09 (UTC +04:00)

Restoranda qətl törətməktə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanovun məhkəmə istintaqı yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihaçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən Orxan Zeynalovun 20 il, İlqar Abdurrahmanovun isə 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, bu il matın 16-da qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.

Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR