Saatlı sakini ov tüfəngini və F-1 əl qumbarasını polis əməkdaşlarına təhvil verib

Saatlı sakini ov tüfəngini və F-1 əl qumbarasını polis əməkdaşlarına təhvil verib
# 03 dekabr 2023 20:18 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində bugün bir nəfər rayon sakini illər öncə vəfat edən babasından qalmış bir ədəd "TOZ-8M" markalı yivli silahı və bir ədəd F-1 əl qumbarasını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 1-i avtomat, 1-i Karabin, 29-u isə ov tüfəngi olmaqla ümumilikdə 31 odlu silah təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR