Sabirabadda 3 ay əvvəl itkin düşən şəxsin meyiti kanalda tapılıb - YENİLƏNİB

Sabirabadda 3 ay əvvəl itkin düşən şəxsin meyiti kanalda tapılıb - YENİLƏNİB
# 20 may 2024 15:02 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qalağayın kəndində su kollektorunda 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

13.08

Sabirabadda 3 ay əvvəl itkin düşən şəxsin meyiti kanalda aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu ilin fevral ayında itkin düşən Sabirabad rayon sakini, 63 yaşlı Afət Abbasovun meyiti rayon ərazisindən keçən kanalda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR