Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
# 21 may 2024 07:47 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən Nahid Quliyev və Vüsal Şıxəliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı onların 6 təsərrüfatdan 37 baş iri və xırdabuynuzlu heyvan oğurladıqları müəyyən edilib.

Bundan əlavə, onların Kürdəmir və Hacıqabul rayonları ərazisində də analoji faktlar törətdikləri məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR