Şabranda iki nəfərin öldüyü yol qəzasının detalları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Şabranda iki nəfərin öldüyü yol qəzasının detalları məlum olub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 18 may 2025 13:39 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, "Azsamand" markalı minik avtomobili qarşı hərəkət zolağına çıxaraq iri yük avtomobili ilə toqquşub.

Qəza zamanı sürücü və sərnişini hadisə yerində ölüblər. Ölən sürücünün 2002-ci il təvəllüdlü paytaxt sakini Akif Zeynalzadə olduğu müəyyənləşib. Həlak olan qadın sərnişinin şəxsiyyətini müəyyənləşdirmək isə hələlik mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

***

11:43

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, "Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR