Şabranda evə basqın edən şəxslərdən daha biri saxlanılıb - YENİLƏNİB-1

Şabranda evə basqın edən şəxslərdən daha biri saxlanılıb - YENİLƏNİB-1
# 24 iyun 2024 19:10 (UTC +04:00)

Şabranda evə basqın edən şəxslərdən daha biri saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıb.

Xatırladaq ki, İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

***

10:15

İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

09:24

Şabran şəhərində fərdi yaşayış evlərindən birinə basqın olub.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə zamanı ev sahibi Arif Hüseynov yaralanıb, onun həyat yoldaşı Gülnarə Hüseynova isə, küt alətlə zərbələr yetirilməklə öldürülüb.

Şabran Mərkəzi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Arif Hüseynovun vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisə oğurluq məqsədilə baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Basqını törədən şəxs və yaxud şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR