Sabunçuda 72 yaşlı qadın itkin düşüb

Sabunçuda 72 yaşlı qadın itkin düşüb
# 22 aprel 2024 11:58 (UTC +04:00)

Bakının Sabunçu rayonunda 72 yaşlı qadın itkin düşüb.

APA DİN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olan 1952-ci il təvəllüdlü Danilova Nadejda Alekssandrovna yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb. Həmin şəxsdən bu günə qədər heç bir xəbər əldə etmək mümkün olmayıb.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 012-590-22-42, 425-02-02 şəhər və 055-207-08-88 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR