Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Əlavə məlumat veriləcək.
***
10:24
Salyanda ər və arvad qətlə yetirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.