Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Azər Aslanov ölüb. Sürücü və daha 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.