Şamaxıda ev yanıb - FOTO

Şamaxıda ev yanıb - FOTO
# 29 noyabr 2023 13:27 (UTC +04:00)

Şamaxının Şəhriyar qəsəbəsində yanğın hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, yanğın bu gün saat 11 radələrində Kərimov İlham Adil oğluna məxsus 5 otaqlı yaşayış evində qeydə alınıb.

Əraziyə Şamaxı rayon Yanğından mühafizə xidmətinin 3 avtomobili cəlb olunub, yanğın söndürülüb, evin yaxınlığında olan yarımtikililər və yaşayış evləri mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Yanğın barədə FHN də məlumat yayıb. Məlumata görə, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik ev və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR