Samuxda yol qəzasında ölənlərin sayı ikiyə çatıb.
APA xəbər verir ki, hadisə nəticəsində "Lada" avtomobilinin sürücüsü 1948-ci il təvəllüdlü Elxan Əhmədov da dünyasını dəyişib.
***
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya bildirdiyinə görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində "Lada" avtomobilinin sürücüsü E. Əhmədov müxtəlif bədən xəsarətləri alıb.
Sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığı xəsarərlərdən ölüb.
Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
***
22:09
Samuxda ölümlə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai" markalı maşınla "Lada" markalı avtomobil toqquşub.
Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.