Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 16 sentyabr 2024 14:51 (UTC +04:00)

Şəkidə yol qəzası olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini Rəhman Mustafayevin idarə etdiyi “Changan” markalı minik avtomobili ilə rayonun Böyük Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

“Changan”ın sürücüsü R. Mustafayev və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR