Şəkidə minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Şəkidə minik avtomobili aşıb, iki nəfər xəsarət alıb
# 21 aprel 2024 00:04 (UTC +04:00)

Şəkidə "Mercedes" markalı avtomobil aşıb, iki nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 20 radələrində rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Sarıca kənd sakini, 49 yaşlı İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü İ. Əliyev və avtomobildə olan sərnişin Niyaz Qardaşxan oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR