Şəkidə Türkiyə vətəndaşının idarə etdiyi TIR yanıb - FOTO - VİDEO

Şəkidə Türkiyə vətəndaşının idarə etdiyi TIR yanıb - FOTO  - VİDEO
# 02 dekabr 2023 15:25 (UTC +04:00)

Şəkidə yük avtomobili yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi günorta saat 14 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndinin inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə dövlətinə məxsus, sürücü 1992-ci il təvəllüdlü Alp Büyükkabakçı Celalın idarə etdiyi TIR hərəkətdə olan zaman yanmağa başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın nəticəsində yük maşının kabinə hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR