Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki maşın toqquşub, xəsarət alanlar var
# 23 may 2025 12:20 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gədəbəy-Şəmkir yolunda, rayonun Çənlibel kəndində qeydə alınıb. "Niva" və "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər - 1994-cü il təvəllüdlü E.Musayev və 1959-cı il təvəllüdlü E.Huseynov xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

TƏBİB-dən APA-ya bildirilib ki, mayın 23-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub: "Bədənin müxtəlif nahiyələrinin əzilmiş-çapılmış yaraları diaqnozu təyin olunan şəxslərə zəruri tibbi yardım göstərilib.Vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR