Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB  - FOTO
# 17 may 2024 23:39 (UTC +04:00)

Xəbərə foto əlavə edilib.

***

Saat 20:56

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" ilə digər minik maşını toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Hüseyn oğlu Əliyev hadisə yerində ölüb.

Xəsarət alanların adları aşağıdakı kimidir:

Vəliyev Zaur Əmrah oğlu (2001);

Əliyev Asif Fərman oğlu (1990);

Zeynalov Bayram Zabit oğlu (1995);

Sadıqov Röyal Vidadi oğlu (1988).

Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar.

Yaralıların vəziyyətlərin orta ağır olduğu bildirlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR