Şirvanda baş verən qəzada 3 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Xəqani küçəsində qeydə alınıb.
“Opel” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.