Sumqayıt sakininə balta ilə xəsarət yetirilib, atası saxlanılıb - YENİLƏNİB

Sumqayıt sakininə balta ilə xəsarət yetirilib, atası saxlanılıb - YENİLƏNİB
# 28 fevral 2024 20:48 (UTC +04:00)

1999-cu il şəxs (kişi cinsli) döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Bu barədə Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, əməliyyat olunan şəxsin hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

***

15.35

Sumqayıtda ata oğluna balta ilə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə “BTZ bağları” deyilən ərazidə, fərdi evlərdən birində qeydə alınıb.

Sumqayıt sakini Arzuman Əhmədov, oğlu Məhəmmədəli Əhmədova balta ilə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilib.

M. Əhmədov Sumqayıtda xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR