Suraxanıda bıçaqlanmaya görə bir nəfər tutulub

Suraxanıda bıçaqlanmaya görə bir nəfər tutulub
# 01 dekabr 2023 11:13 (UTC +04:00)

Suraxanıda bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 24-də Suraxanı qəsəbəsi ərazisində Yevlax rayon sakini olan bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü B.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR