Suraxanıda keçirilən əməliyyatda 8 kq narkotik aşkarlanıb

Suraxanıda keçirilən əməliyyatda 8 kq narkotik aşkarlanıb
# 25 iyun 2025 11:09 (UTC +04:00)

Suraxanı rayonunda keçirilən əməliyyatda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

APA DİN-ə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü - 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıblar. Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR