Tərtərdəki qətlin təfərrüatları məlum olub

Tərtərdəki qətlin təfərrüatları məlum olub
# 26 fevral 2024 21:23 (UTC +04:00)

Tərtərdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

APA xəbər verir ki, hadisə zamanı qətlə yetirilən 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlu rayonun Suvarma sistemleri idarəsinin işçisi olub. Bu gün zərərçəkən Buruc kəndi ərazisində əkin sahələrinə görə su pulu yığan zaman 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu ilə mübahisə edib.

Muradxan Hüseynov pulu olmadığını və əkin sahəsinə görə suyun ödənişini edə bilməyəcəyini bildirib. Bu zaman tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Muradxan Hüseynov Elbrus Şəmilovu kəsici alətlə qətlə yetirib.

Hadisəni törədən şəxs tutulub, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Onu da qeyd edək ki, qətlə yetirilən Elburus Şəmilov barəsində cinayət işi olub və məhkəmənin icraatında imiş.

Emin Babayev

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR