"Tik-Tok"da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

"Tik-Tok"da xanımların fotolarını yayan şəxsi polis saxlayıb
# 30 may 2024 19:19 (UTC +04:00)

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "Tik-Tok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR