Tovuzda dönərdən zəhərlənənlərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-1

Tovuzda dönərdən zəhərlənənlərin vəziyyəti açıqlanıb  - YENİLƏNİB-1
# 16 oktyabr 2024 12:08 (UTC +04:00)

Oktyabrın 14-15-də müxtəlif saatlarda ümumilikdə 21 nəfər zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.ğ

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb".

Fəridə

***

10:17

Oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***

10.13

Tovuzda dönərdən kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosunun məlumatına görə, Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin Qovlar şəhər sakinləri - 2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova, 1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov, 1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov, 2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov, 2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva, 1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva, İbrahimhacılı kənd sakinləri - 1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev, 2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov, 2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov, 1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova, 1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov, Köhnəqala kənd sakinləri - 2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli, 2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev, 2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev, Alakol kənd sakini 1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva, Əyyublu kənd sakini 1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov, Gəncə şəhər sakinləri - 2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova, 2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova olduğu bildirilir. .

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR