Tovuzda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Tovuzda yol qəzası olub, xəsarət alanlar var - FOTO
# 19 iyun 2024 18:56 (UTC +04:00)

Tovuzda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

“VAZ-21011” markalı avtomobil “Belarus” markalı traktoru ötmə əməliyyatı zamanı traktorun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində “VAZ -21011”-də olan sərnişinlər, Hunanlar kənd sakinləri - 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıb.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxansına yerləşdirirliblər.

Faktla baglı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR