Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birgə ittiham olunan şəxsin məhkəməsi başlayıb

Fazil Qasımov

© APA | Fazil Qasımov

# 15 avqust 2024 17:15 (UTC +04:00)

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin məhkəməsi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Fazil Qasımovun vəkilləri Rövşanə Rəhimli və Telman Qasımov müdafiə etdikləri şəxsin 60 gündən artıq aclıq etdiyi üçün sağlamlığında ciddi problem yarandığını əsas gətirərək ev dustaqlığına buraxılması barədə vəsatət veriblər.

Həmçinin Fazil Qasımov özü çıxış edərək barəsində olan cinayət işinin yenidən istintaqa qaytarılmasını, Qubad İbadoğlunun cinayət işi ilə birgə icraatda baxılmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası avqustun 29-na təyin olunub.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR