Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun həbs müddəti uzadılıb

Fazil Qasımov

© APA | Fazil Qasımov

# 20 may 2024 18:29 (UTC +04:00)

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun həbs müddəti uzadılıb.

APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

İş üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq, məhkəmə F. Qasımovun barəsində həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılmasına qərar verib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR