Ucarda qəza olub, xəsarət alan var

Ucarda qəza olub, xəsarət alan var
# 30 may 2024 19:55 (UTC +04:00)

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə "Hyundai" markalı minik maşını toqquşub. Nəticədə minik maşınında olan sərnişin, rayonun Qaradağlı kənd sakini, 1979-ci il təvəllüdlü Yusif Abdulla oğlu Əhmədov müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər zərərçəkənin kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR