“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadılıb

“Vaqa" ləqəbli tiktokerin həbs müddəti uzadılıb
# 23 may 2025 13:46 (UTC +04:00)

“Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

APA xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb. O, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR