Xaçmazda binanın damında yaranan təhlükə aradan qaldırılıb

Xaçmazda binanın damında yaranan təhlükə aradan qaldırılıb
# 06 dekabr 2023 17:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz şəhərində çoxmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən metal lövhənin bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Şimal Regional Mərkəzinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər metal lövhəni müvafiq qaydada bərkidərək təhlükəni aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR